image-1jpgbackend

Hacıqabulda su basmış yerlərdə intensiv tədbirlər davam etdirilir – VİDEO

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən

hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalmış,

Fövqəladə Hallar Nazirliyinin qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə həmin əraziyə cəlb

edilmişdi.

FHN-in Mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə

qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik

tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki