image-reklam-veteninfo
image-bez-nazvaniya-1backend

Hadisələri işıqlandıran jurnalist öldürüldü

image-reklam-veteninfo

Veteninfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Yəmənin şimal-qərbindəki Həcc şəhərində hökumət qüvvələri ilə husilər arasında baş verən toqquşmaları işıqlandıran jurnalistin öldürüldüyü açıqlanıb. Yəmən informasiya nazirinin müavini Əbdülbasit əl-Qaidi Twitter hesabından verdiyi açıqlamada mətbuat mənsubu Mervan Yusufun Həcc şəhərinin Harad rayonunda baş verən qarşıdurmaları izləyərkən dünyasını dəyişdiyini bildirib. Kaidi, Yusifin ailəsinə başsağlığı verdiklərini bildirib. Qeyd edək ki, Husilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki