image-1backend

Hakimlərin qiymətlətləndirilmə komitəsinin yaradılması təsdiqlənib

image-reklam_sirab_01

Milli Məclis hakimlərin seçilməsinin test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olmasını birinci oxunuşda təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək.

Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək.

Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Qanun layihəsinə təklif olunan daha bir dəyişikliklə Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

– vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

– Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

– İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

– məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image