image-99backend

Rusiyalı ekspert: “Azərbaycan ədalətli müharibə aparıb”

image-reklam_sirab_01

“Ermənistan regionda nəqliyyat yollarının açılması üçün ortaya xoş məram qoymur”.

Veteninfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko ADA Universitetində keçirilən “44 günlük Zəfər yolu” adlı konfransda bildirib.

O, regiondakı nəqliyyat yollarının bərpası baxımından Zəngəzur dəhlizinin açılmasını mühüm şərt olaraq dəyərləndirib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbə qazandığını, Ermənistanın tam təslim olduğunu xatırladan rusiyalı ekspert deyib: “Bu qələbənin əsas amili Azərbaycan xalqının öz torpaqlarını azad etmək uğrunda ədalətli müharibə aparması olub”.

Azad olunmuş Qarabağa səfərinin təəssüratlarını danışan ekspert erməni işğalçılarının barbarlığından sarsıldığını da dilə gətirib: “Sanki Xirosimaya düşmüşdüm. Ətrafda evlərin özüllərindən başqa heç nə qalmamışdı”.

İ.Korotçenko Rusiyanın regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduğunu, bunun üçün əlindən gələni etdiyini də diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki