“Opta Sports” xəbər verir ki, İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn Dünya Kubokunda ən çox penalti vuruşu (cərimə zərbələri xaric) üzrə rekordçu olub.
32 yaşlı futbolçu ilk turda Xorvatiya ilə oyunda (4:2) penaltidən qol vurub.
Harri Keyn Dünya Kubokunda beşinci dəfə penaltidən qol vurdu.
Harri Keyn Devid Bekhemdən sonra üç fərqli Dünya Kubokunda – 2018, 2022 və 2026-cı illərdə qol vuran ikinci ingilisdir.


























