image-reklam-veteninfo
image-1backend

Harri Keyn: “Əlbəttə ki, “Qızıl top”u qazanmaq əla olardı”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Almaniya çempionu “Bayern Münhen” və İngiltərə millisinin hücumçusu Harri Keyn bu il “Qızıl top”u qazanacağına ümid etdiyini bildirib.

“Keçirdiyim mövsümlə çox fəxr edirəm. “Qızıl top” bir futbolçunun ala biləcəyi ən böyük fərdi mükafatdır. Oyunum baxımından mümkün olan hər şeyi etmişəm. Əlbəttə ki, “Qızıl top”u qazanmaq əla olardı.” Mükafatlandırma mərasiminə hələ 2-3 ay var.

“Bayern & Germany” nəşri 33 yaşlı futbolçunun sözlərini sitat gətirib: “Bayern və İngiltərə milli komandası ilə göstərdiyim nəticələrlə fəxr edirəm. İndi yeni mövsümə diqqət yetirməliyik. Böyük ambisiyalarımız və hədəflərimiz var”.

Harri Keyn son 12 ayda “Bavariya” və İngiltərə milli komandasında 67 oyun keçirib və 73 qol vurub.

70-ci “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki