image-1backend

Həbsxanaya telefon keçirmək istədi

image-reklam_sirab_01

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Vətəninfo.az-a verilən xəbərə görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley”markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki