Polis əməkdaşları iyulun 13-də və 14-də ölkə ərazisində çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar ediblər.
Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu olub.