image-reklam-veteninfo
image-1backend

HƏMAS: ”Son 98 saatda Qəzza zolağında 48 İsrail əsgəri öldürülüb”

image-reklam-veteninfo

”Həmas”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları son 96 saat ərzində Qəzza zolağında 48 İsrail əsgərinin öldürüldüyünü, 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Qəssam Briqadaları bu barədə rəsmi teleqram kanalında paylaşım edib.

Paylaşıma görə, son 4 gündə 24 hərbi əməliyyat həyata keçirən Qəssam Briqadaları Qəzzaya daxil olan İsrail əsgərlərini və maşınlarını raket və partlayıcılarla vurub, daha əvvəl partlayıcı yerləşdirdikləri iki tuneli məhv edib.

Qəssam Briqadasının snayperləri İsrail əsgərlərini hədəfə alıb. Qəzza zolağında bütün cəbhələrdə İsrail ordusunun qərargahları və komandanlıqları qısa mənzilli raketlərlə bombalanıb.
Qəssam Briqadaları Qəzzada son 4 gündə həyata keçirdikləri əməliyyatlarda 48 İsrail əsgərinin öldüyünü, onlarla əsgərin yaralandığını, İsrail ordusuna aid 35 hərbi maşının qismən və ya tamamilə məhv edildiyini bildirib.

Qəssam Briqadaları həmçinin Tel-Əvivə çox sayda raketlərin atıldığını bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki