image-dsc_0789backend

Həsənsu kəndində şəhidlərimizin xatirəsinə bulaq-abidə kompleksinin açlışı oldu-Ağstafada

image-reklam_sirab_01

Ağstafada şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə daha bir bulaq-abidə kompleksi Həsənsu kəndində ucaldılıb. Kompleksdə general Polad Həşimovla yanaşı, Həsənsu kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidlərimiz İsmayılov Mübariz Məcid oğlu, Məmmədov Şaiq Fərman oğlu, Musayev Yaşar Hümbət oğlu, Xudaverdiyev Arzu Allahverdi oğlu, Hacıyev Faiq Yusif oğlu, Həsənov Arzu Malçı oğlu, İsmayılov Tofiq İbrahim oğlu, Nəsibov Eldar Qasım oğlu, Tovuz döyüşləri şəhidimiz Mustafazadə Elçin Arif oğlu və Vətən müharibəsi şəhidlərimiz Səfərov Əfqan Nadir oğlu, Həsənli Elçin Vaqif oğlunun xatirə lövhələri həkk olunub. Şəhidlər bulağının istifadəyə verilməsi mərasimində rayonun rəhbər şəxsləri, şəhidlərimizin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki