image-103backend

İcbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayının artırılması təklif olunur

image-reklam_sirab_01

“Gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb”.

Veteninfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, səhiyyə proqramlarının və digər sahələrdə böyük artım var: “Ancaq çox təəssüflər olsun ki, tibb elminin və elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan xərclər azdır. Ancaq icbari tibbi sığortanın da həyata keçirilməsində müəyyən problemlər də var. Təəssüf edirəm ki, bu qurumun əməkdaşları burada iştirak etmir. Ancaq gələcəkdə onları da bu müzakirələrə dəvət etmək lazımdır. Zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır. Hesab edirəm ki, bu xidmətlərin sayını 2 dəfə artırmaqla insanları məmnun edə bilərik. Orqan transplantasiyası sahəsində növbələr yaratmağa da bizim ixtiyarımız yoxdur. Bu istiqamətdə də işləri davam etdirməliyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki