image-img-20210601-wa00021622548193backend

İcra başçısı Şəhid övladlarını sevindirib – FOTOLAR

image-reklam_sirab_01

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” Hacıqabul rayonunda da qeyd edilib.

 

Modern.az xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon şöbəsinin təşkilatçılığı ilə hazırlanmış tədbirdə Hacıqabul rayonundan olan, Vətən Müharibəsi Şəhidlərinin ailələri və övladları da iştirak ediblər.

Hacıqabul RİH-nin başçısı Rüstəm Xəlilov Vətən müharibəsində şücaət göstərək şəhidlik zirvəsinə ucalmış Şəhidlərin ailələri və övladları görüşərək onları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıb.Mərasim “Lalə uşaq bağçasının fidanlarının və rayonumuzun uşaq və yeniyetmələrinin ifalarında səslənən şerlər, musiqilər və rəqslərlə davam edib.

 

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov bütün uşaqları bayram münasibəti ilə təbrik edərək Şəhid övladlarına hədiyyələr təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki