İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində cinayət işi başlanılıb.
Vətəninfo.az xəbər verir ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 150.3.3-cü ( azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə) ittiham olunur.
Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.
Qeyd olunur ki, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.