image-modern-az-27-05-2021-1622105919backend

İlham Əliyevə ünvanlanan təbrik məktubları yeni reallıqların dəstəklənməsidir

image-reklam_sirab_01

“Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü tariximizin ayrı-ayrı dövrlərinin təhlilini, günümüzün reallıqlarının aydın mənzərəsini təqdim etməyi bir zərurət kimi ortaya qoyur. Müstəqillik tariximizin son 30 ilinin təhlili bu fikri böyük inamla söyləməyə əsas verir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanı   müstəqilliyini, bir dövlət kimi varlığını  itirmək təhlükəsindən xilas etdisə,  son 17 ildə bu siyasətin layiqli davamçısı  möhtərəm Prezidentimiz İlham Əliyev işğal altında olan torpaqlarımızın xilaskarı oldu, adını tariximizə qalib ölkənin qalib Sərkərdəsi kimi yazdı.

Ölkəmiz dünya üçün etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirdi, bölgədə yaratdığı yeni reallıqlarla dünya siyasətinə təsir imkanlarını  artırdı. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü əvvəlkilərdən fərqli qeyd edirik. Torpaqları azad Azərbaycan, Respublika Günün mübarək!”

Veteninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istər multikultural dəyərlərin inkişafı, istərsə də iqtisadi tərəqqi baxımından yeni model təqdim  edir:  “Respublika Günü münasibətilə   Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər, faktlar da  Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurların təsdiqidir. Azərbaycanın  beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolu önə çəkilərək qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində yeni bir yanaşma özünü qabarıq şəkildə büruzə verir. Bu da ondan irəli gəlir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gələcəyi planlaşdırmaq daha asandır.”

Diqqəti təbrik məktublarında yer alan fikirlərə yönəldən millət vəkili  vurğulayıb ki, hər birində  strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir: “ABŞ Prezidenti Cozef Bayden ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalacağına,  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə səylərin bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə əməkdaşlığın möhkəmləndiriləcəyinə, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella  tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq sazişinin ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə edirlər. Çoxsaylı təbriklərin hər biri Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevə hörməti, inamı ifadə edir.  İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi  Ekmələddin İhsanoğlu diqqəti  mayın 20-də  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi  “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrə yönəldərək bildirir ki, Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi aydın və birmənalıdır.

Ölkəmizin  artan nüfuzunun göstəricisi kimi dəyərləndirilən dünya liderlərinin təbriklərində  bu əminlik vurğulanır ki, qarşıdakı  illərdə Qarabağ və işğaldan azad edilən torpaqlarımız  da regionun tərrəqisində iştirak edəcək.  Azərbaycanın bu əraziləri  bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək.”

Millət vəkili  onu da əlavə edib ki, bu məktublarda Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirakı, irəli sürdüyü qərarlarla, təşəbbüslərlə birgə mübarizəyə töhfələri yüksək dəyərləndirilir və bu inam ifadə edilir ki, keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcək  və gələcəkdə daha gözəl günlər yaşayacağıq. Dünya liderləri Azərbaycanın irəli sürdüyü təşəbbüslərin reallığa çevrilməsində, böyük dəstək qazanmasındə cənab İlham Əliyevin nüfuzunu, ona olan inamı və etimadı xüsusi qeyd edirlər.

 

“Göründüyü kimi, möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, qalib, ədaləti bərpa edən ölkə kimi nüfuz  qazanan, regionda və dünyada mövqeləri möhkəmlənən Azərbaycanın təqdim etdiyi yeni  inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünyanın nüfuzlu ekspertləri, siyasətçiləri, ayrı-ayrı nəşrlər dövlətimizin başçısının  həyata keçirdiyi yeniləşmə, təkmilləşmə siyasətini dəstəkləyir, bu addımların qarşıdakı illərdə daha möhtəşəm olacağını bildirirlər.  28 May- Respublika Günü ilə bağlı  ünvanlanan təbrik məktublarında xüsusi qeyd edilən  sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlarımız möhkəm təmələ əsaslanan siyasətin təntənəsidir.  Dünya ölkələri təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə addımların atılmasında maraqlı olduqlarını bildirirlər”, – deyə Malik Həsənov vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki