image-baybackend

İlk zəfər zəngim Cəbrayılım

image-reklam_sirab_01

 

Artıq bir ildir ki, Xudafərin körpüsü öz həqiqi sahibinə qovuşdu. Düz iyirmi yeddi il sürdü dədə-baba sahibinə həsrət torpaqlarımız.Hamınında bildiyi 1993-cü il  avqustun 23-də Erməni işğalçıları tərəfindən Cəbrayıl rayonu işğal olunmuşdu. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə, 97 kənddən ibarət idi. Bu illər ərzində rayona külli miqdarda 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.Əlli iki min əhalisi olan Cəbrayıl rayonun sakinləri respublikanın bir çox rayonlarında, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında, yataqxanalarda məskunlaşmışdılar. Rayonun ərazisində olan 72 orta məktəb, 8 xəstəxana, 132  tarixi abidə və mədəniyyət ocaqlari, işğalçı və quldur ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır. Bununla bərabər rayonda yerləşən bir çox kənd təsərrüfatı və sənaye obyektləridə bu vəhşiliklərin qurbanı olmuşdur. Işğal zamanı bir çox tarixi abidələrimiz “Qız qalası”, “Xudafərin körpüsü”, “Sultan Məcid hamamı”, “Dairəvi türbə” və.s məhv edilmiş, sökülüb aparılmış və dağıdılmışdır.Demək olar ki, düşmən hər tərəfi xarabaliğa çevirmişdir.Hələ 2016-ci il aprel ayının 2-də rəşadətli ordumuzun əsgər və zabit heyətinin əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndə hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yarandı. Neçə illər həsrət qaldığımız bağlı düyünə düşən Qarabağ torpaqlarımızı geri qaytarmaq ümidi yarandı ürəklərimizdə. Artıq rayonun Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarətinə keçmişdir. 4 oktyabr 2020- ci ildə isə artıq    Cəbrayıl şəhəri rayonun 9 kəndi aparılan hərbi əməliyyatlar nəticəsində 27 ildən sonra işğaldan azad edildi. Eyni zamanda işğalda olan digər torpaqlarımızı azad etmək üçün imkanlar yarandı. 27 illik həsrətdən sonra Ali Baş Komandanımız Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın azad olunmuş Xudafərin körpüsündə Azərbaycanın bayrağını qaldırmasının böyük tarixi əhəmiyyəti vardır. Beləki, bu müzəffər ordumuzun qəhrəmanlıq və şücaətinin təcəssümü, eyni zamanda müdrik Azərbaycan xalqının mənəviyyatında dərin iz buraxmiş, milli qürur məsələsi idi.Uzaq görən Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun gücü və rəşadətilə 27 illik kağız üzərində qalan qətnamələrə son qoyuldu.  Xalq öz tarixi dədə-baba torpaqlarına qovuşdu.Xalqın və rəhbərimizin birliyindən güc alan qəhrəman Azərbaycan ordusu qısa müddət ərzində işğalda olan  torpaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü bərpa etmişdir. Hal-hazırda Cəbrayılın azad olunmasına görə Azərbaycan Respublikasının Silahli Qüvvələrinin 22744 hərbi qulluqçusu ordenlə təltif edilmişdir.

Bu gün biz əminliklə deyə bilərik ki, bizim güclü dövlətimiz, rəşadətli mərd oğullardan ibarət ordumuz, gecə-gündüz bütün dünyaya “Qarabağ Azərbaycandır” şüarı ilə bizi ətrafında birləşdirən Ali Baş Komandanımız var.İndi bu torpaqlarımızda böyük quruculuq işləri gedir. Biz yenidən şəhərlərimizi, kənd və qəsəbələrimizi qururuq, yaradırıq. Zəfərimizin qalib Sərkərdəsi “İrəli”əmrini verdikdən sonra neçə igid oğullarımız  Şəhid oldu.Torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçdilər.Biz Cəbrayılı, Xudafərini yenidən qururuq.

Son zamanlar baş verən hadisələr onuda deməyə esas verir ki, düşmən və onun dəyirmanına su tökənlər hələ ölməyib.Qoy bu insanlar heç vaxt unutmasınlar ki, bizim onları susduracaq sözümüzdə var, hərb meydanında göstərəcək gücümüzdə. Biz yenə bir yumruq kimi birləşərək özümüzü düşmənlərimizə qorxmaz bir qəhrəman kimi göstərəcəyik.

 

Nəsimi rayonu sakini

Hacıyeva Gülnarə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki