İnformasiyadan istifadə edilməsi qaydasına dəyişiklik edilib.
Vətəninfo.az-ın xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə III oxunuşda təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinin 13.3-cü bədni yeni redaksiyada verilir: “Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək.
I və II oxunuşda qəbul edilən qanun layihəsində qeyd edilmişdi ki, Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Qanunun 13.1 və 13.2-ci bəndləri isə aşağıdakı kimidir:
13.1- Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2- Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı “Report” İnformasiya Agentliyi tərəfindən bu dəyişiklik təklif olunmuşdu.