Dünya Kubokuna hazırlaşan İngiltərə millisi ABŞ-ın Orlando şəhərində Kosta Rika millisi ilə yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib.
Vətəninfo.az xəbər verir ki, 9-cu dəqiqədə İngiltərə çempionu “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays hesabı açdı.
“Nyukasl Yunayted”in hücumçusu Entoni Qordon 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
87-ci dəqiqədə “Aston Villa”nın hücumçusu Olli Uotkins qələbə qolunu vurub.
Dünya Kubokunun qrup mərhələsində İngiltərənin rəqibləri Xorvatiya, Qana və Panama olacaq.


























