image-f6a31417-96f3-4c06-b6f8-4da2bb8c7520_850backend

İnkişafı,gözəlliyi ilə seçilən Naxçıvan

image-reklam_sirab_01

Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan Muxtar Respublikası öz inkişafına görə seçilməkdə olan guşələrimizdəndir.10 may 2021-ci il tarixində Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.İlham Əliyev hakimiyyətdə olduğu 20 ilə yaxın müddətdə Naxçıvana 15 səfər etmişdir. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib.Naxçıvan son 20 il ərzindəki iqtisadi artım inkişafına görə rekordsmen sayıla bilər.Hətta 2000-ci illərin 2-ci yarısından sonrakı büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlamışdır.Həmçinin Prezident səfəri zamanı Süni Mayalanma Mərkəzinin açılışında da iştirak etmişdir.Mərkəzin açılışı ilə təxminən 4-5 il sonra Naxçıvanın südçülük sahəsində bütün işlərinin tamamlayacaq.Naxçıvan sürətlə inkişaf edir. Prezident Aztv kanalına müsahibəsi zamanı çıxışında söyləmişdir:“Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Bu da sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addımdır.”Həmçinin Naxçıvan Hərb sahəsində də mühüm rol oynayır. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan da üstündür.Bunlardan əlavə olaraq Cənab Prezident Qarabağ məsələsinə də toxunmuşdur.Zəngəzur dəhlizinin açılışının nə qədər vacib olduğunu bir daha dilə gətirmişdir.Bu gün Azərbaycanın əldə etdiyi uğurlar da Ulu Öndər Heydər Əliyevin misilsiz əməyi vardır. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Biz bu gün 30 illik həsrəti bitirərək ,əlaqəni bərpa etdik.Zəngəzur dəhlizi Zəngilanla Naxçıvanı ayıran 40km lik məsafəni yenidən birləşdirəcəkdir.
Azərbaycan öz gözəlliyi,inkişafı ilə daima seçilib,seçiləcək.

Mustafayeva Aytac


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki