Almaniya Bundesliqasının lideri “Bavariya”nın belçikalı baş məşqçisi Vinsent Kompani İtaliya çempionu və A Seriyasının lideri “İnter”lə qarşıdakı qarşılaşma haqda danışıb. Komandalar Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcək.
“İnter”in hər zaman qol şansları olur”. O komanda həmişə təhlükəlidir və təkcə əks-hücumlar zamanı deyil. Hücumları yaxşı qurur və standartları yaxşı həyata keçirirlər. “İnter” çox qol vurur, çünki yaxşı oyunçuları var. Amma biz də çoxlu qollar vururuq.
Səbirsizliklə gözləyirik və ümid edirik ki, müsbət nəticə əldə edəcəyik. Zədələrdən şikayət etmək istəmirəm. UEFA-nın saytı Kompaninin sözlərindən sitat gətirib: “Mən onlara görə məqsədlərimi dəyişmək istəmirəm”.
“Bavariya” – “İnter” arasındakı ilk oyun aprelin 8-də Münhendə keçiriləcək saat 23:00-da başlayacaq.