Amerika klubu “İnter Mayami” İngiltərə çempionu “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqavilə bağlamağa çalışacaq. Vətəninfo.az xəbər verir ki,bu barədə insayder Ceremi Kross sosial şəbəkələrdə məlumat yayıb.
De Bruyne və “Mançester Siti” bu mövsümün sonuna kimi nəzərdə tutulan müqaviləni uzatmağa hazır deyil. “İnter Mayami” 33 yaşlı belçikalı futbolçu ilə danışıqlara artıq yanvarda başlaya biləcək.
De Bruynenin xidmətində “Barselona” da maraqlıdır.
Cari mövsümdə De Bruyne 11 matçda iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Transfermarkt onun transfer dəyərini 45 milyon avro qiymətləndirir.