İspaniya millisinin sabiq yarımmüdafiəçisi, 2010-cu il dünya çempionu Andres İnyesta 2026-cı il FIFA Dünya Kuboku ilə bağlı fikirlərini bölüşüb. İnyesta etiraf edib ki, Messinin bəzi gizli futbol sirlərini İspaniya düşərgəsinə ötürüb .
“Goal” nəşrinə istinadən verilən məlumata görə, İnyesta bildirib ki, Messini tamamilə oyundan kənarlaşdırmaq mümkün deyil.
“Messini tamamilə dayandırmaq sadəcə mümkün deyil. Əsas məsələ İspaniyanın öz oyununu sərgiləməsi, qol epizodları yaratması və onlardan maksimum yararlanmasıdır. Leo haqqında danışmağa söz tapmaq çətindir. Onun qətiyyəti, özünəinamı və hər oyunda nümayiş etdirdiyi performans heyranedicidir. Buna yalnız hörmətlə yanaşmaq olar”, – deyə İnyesta bildirib.
“Mənim məsləhətimə qilaq asdılar. Çünki Messi ilə oynayanda qorxu ilə futbol oynamaq olmaz. Komandamızı qələbə münasibətilə təbrik edirəm”, – deyə İnyesta əlavə edib.


























