image-reklam-veteninfo
image-1backend

İnzaqi: “İnter”in  büdcəsi azdır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İtaliya çempionu “İnter”in italiyalı baş məşqçisi Simone İnzaqi Avropanın ən böyük klubları ilə maliyyə rəqabətindən danışıb.

A Seriyasının 36-cı turunda “Torino”nu 2:0 hesabı ilə məğlub edən “İnter” lider “Napoli”dən 1 xal geri qalır.

Təəssüf ki, Skudettonun taleyi bizim əlimizdə deyil, amma son oyuna qədər diqqətimizi cəmləməliyik”.

Bu matçda iştirak etməyən futbolçular da “Latsio” ilə növbəti matçda olmayacaq. Onların “Komo” ilə son tur matçına qatılmaları mümkündür.

“Barselona” ilə cavab oyununa fərqli prizmadan baxmaq maraqlı olduğu üçün videoya baxdım. Bütün futbolçular meydanda var güclərini verdilər. Bu, Çempionlar Liqasının finalına yüksəlməyin yeganə yoludur.

Çoxları deyir ki, “İnter”in heyəti azdır, amma bizdə PSJ, “Mançester Siti” və ya “Bavariya”nın büdcəsi yoxdur. Ona görə də biz daha mütəşəkkil olmalıyıq. “Bu cür ürəklə biz hər kəslə döyüşə bilərik”, – İnzaqi deyib.

Mayın 31-də Münhendə Çempionlar Liqasının finalında “İnter” Fransa çempionu PSJ ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki