Vətəninfo.az xəbər verir ki , bu barədə “The New York Times” qəzeti İran və İraq mənbələrinə istinadən məlumat yayıb.
İraqın Baş naziri Əli Faleh əl-Zeydi Tehrana səfərindən əvvəl iyulun 23-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.
Nəşr qeyd edir ki, təklif olunan atəşkəs təklifinin təfərrüatları məlum deyil.
“The New York Times” yazır ki, “Lakin İran rəsmiləri bildiriblər ki, bu, masada olan yeganə təklifdir və onların hökuməti Hörmüz boğazına nəzarət məsələsini həll olunmamış qoyan müvəqqəti razılaşmada maraqlı deyil”.
İran mediasının məlumatına görə, İraqın Baş naziri iyulun 23-də yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə Tehrana gəlib. O, prezident Məsud Pezeşkian, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Əraqçi dövlət televiziyasına bildirib ki, İraq baş naziri Vaşinqtona səfəri ilə bağlı “fikirlərini və təəssüratlarını” bölüşüb, lakin Tehran və Vaşinqtonun artıq kifayət qədər vasitəçisi var.
İranın xarici işlər naziri bildirib ki, “Problem mesajların ötürülməsində deyil. Problem Amerikanın məntiqsiz, acgöz və nəzarətçi baxış bucağındadır”.
İranın iki rəsmisi NYT-yə bildirib ki, Tramp Tehrana və ölkənin vacib infrastrukturuna zərbə endirməklə bağlı təhdidini yerinə yetirərsə, ölkə ordusu müharibənin şiddətlənməsinə hazırlaşır.
İyulun 23-də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın öz arsenalını artırmaq üçün istifadə edə biləcəyi atəşkəs razılaşmalarına artıq icazə verməyəcəyini açıqladı.


























