image-killerbackend

İran kəşfiyyatı tərəfindən göndərildiyi deyilən azərbaycanlı killer hər şeyi açıqlamağa hazırdır

image-reklam_sirab_01

Kiprdə sentyabrın 27-də yaxalanan və bu ölkədə fəaliyyət göstərən israilli milyarder Tedi Saqini öldürmək üçün İran xüsusi xidmət orqanları tərəfindən göndərildiyi deyilən azərbaycanlı killerin vəkilləri açıq məhkəmə tələb edir.

 

Veteninfo.az  İsrail və Kipr KİV-lərinə istinadən xəbər verir ki, ötən gün onun barəsində 8 günlük həbs qərarının uzadılması üçün Nikosiyada qapalı məhkəmə keçirilib. Məhkəmə ətrafında fövqəladə təhlükəsizlik tədbiri görülüb, İsraildən və İrandan çoxsaylı jurnalistlər məhkəməni izləmək üçün Nikosiyaya gediblər. Lakin məhkəmə qapalı olduğundan onlar çöldə gözləməli olublar.

 

Rusiya vətəndaşı olan 38 yaşlı killerin müdafiəsini Kiprin nüfuzlu hüquq şirkətlərindən biri üzərinə götürüb. Şirkətə sifarişin kim tərəfindən verildiyi məlum deyil. Vəkillər məhkəmədən sonra jurnalistlərə bildiriblər ki, onların müdafiə etdikləri şəxs terrorla bağlı hər hansı ittihamı rədd edir və hər şeyi açıqlamağa hazırdır. Lakin bunun üçün açıq məhkəmə keçirilməlidir.

Vəkillər bildiriblər ki, onların müdafiə etdiyi şəxs sənədlərin, o cümlədən ittiham aktının rus dilinə tərcümə edilməsini tələb edir. Bununla bağlı məhkəmə ittiham tərəfinə sənədləri tərcümə etmək üçün üç gün vaxt verib və killeri təkrar həbsxanaya göndərib. Müdafiə tərəfi hesab edir ki, məhkəmənin qapalı keçirilməsi mətbuatda geniş ajiotaja səbəb olur, bu səbəbdən məhkəmə açıq keçirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki