image-reklam-veteninfo
image-1backend

İran Mədəni İnqilab Ali Şurasının katibi :”ABŞ qapını bağlasa pəncərədən keçərək Dünya Çempionatına getməliyik” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İran Mədəni İnqilab Ali Şurasının katibi Əbdülhüseyn Xosropənah deyib: “Mənim digər bir işim bu idmançılar və sənətçilərlə ünsiyyət qurmaqdır.
Elə bu futbolçular… Əvvəlcə onların Amerikada keçiriləcək Dünya Çempionatına gedib-getməməsi barədə müzakirələr gedirdi.
Bəzi idman rəsmilərimiz buna qarşı idilər.
Mən dedim ki, əgər Amerika qapını bağlasa belə, biz pəncərədən keçib getməliyik.
Biz orada iştirak etməliyik, İranın bayrağı ucalmalıdır.
Bizim milli komandanın uşaqları bir qol vuran kimi bütün millət sevinir.
Biz Tehranın Azadlıq stadionunda onlarla görüşdük, onları yola saldıq, bəziləri ilə zarafatlaşdıq. Dua etdik ki, İnşallah qələbə ilə və sağ-salamat qayıtsınlar”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki