İran hakimiyyəti subsidiyasız benzinin qiymətini iki dəfə artırıb.
Vətəninfo.az xəbər verir ki, İranın Neft Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 min tümən təşkil edəcək.
Üçüncü tarif 2025-ci ilin sonunda tətbiq olunub. Həmin vaxt bu tarif üzrə benzinin bir litri 5 min tümənə satılırdı. Yeni qərarla qiymət iki dəfə artırılıb.
Bununla yanaşı, digər iki güzəştli tarif üzrə qiymətlər dəyişdirilməyib. Belə ki, istehlakçılar ay ərzində ilk 60 litr benzini litri 0,03 manatdan, növbəti 50 litri isə 0,06 manatdan əldə edə bilərlər.
Beləliklə, İranda subsidiyasız yanacağın qiymətinin artırılması ilə yanaşı, güzəştli tariflər üzrə mövcud qiymətlər qüvvədə saxlanılıb.


























