image-3backend

İrandan Azərbaycana 5 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

image-reklam_sirab_01

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Vətəninfo.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirib ki, avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki