image-1625036921_main-qimg-d7ccaa08110c82069a9e23a492322527backend

İranın Azərbaycanla bağlı SENSASİON PLANI: Rəsmi Tehran nəyə nail olmaq istəyir? 

image-reklam_sirab_01

İran mediasında son iki ildə, xüsusən son bir ayda  aparılan antiazərbaycan kampaniyası zamanı  Azərbaycan və Azərbaycan Prezidenti barəsində tənqiddən daha çox təhqirlərə üstünlük verilir. Belə üslub Azərbaycan tərəfini dah sərt ritorika seçməyə vadar etmək məqsədilə seçilir, daxili auditoriyada, mümkün olduqda həm də xarici auditrioyada  öz addımlarına haqq qazandırmaq üçün Azərbaycan tərəfinin reaksiyaları dərhal şişirdilərək təqdim olunur..

İddia olunur ki, Putinin Ukrayna ilə savaşının səbəbi Ukrayna mediasında gedən təbliğat olub. İndi də Qərb “Azərbaycan mediasında təbliğat apararaq” İranı müharibəyə təhrik edir. Ermənipərəst ekspert Salar Seyfəddini münasibətlərin indiki xarakterini “qırılma nöqtəsi” adlandırır. Onun fikrincə, əvvəlki hökumətlər Azərbaycana münasibətdə ifrat yumşaq davranıblar.

Geniş şərhlərə, təfərrüatlara getmədən iki ildir davam edən söz müharibəsinin gedişində indiyədək müxtəlif səviyyəli rəsmilər( o cümlədən SEPAH komandıri, deputatlar), ekspertlər( Akef Kazemi , Dəmavəndi, Salar Seyfəddini, Şiva Əlizadə və s) tərəfindən Azərbaycana qarşı atılması təklif olunmuş addımların bir qismini yada salaq(Bu sistemləşdirmə İran mediasının monitorinqinə əsaslanır, təqdim olunan “təkliflər” müxtəlif zamanlarda KİV-lərdə dərc olunub):

Azərbaycanın diplomatik tanınmasına son qoymaq, öz diplomatlarını geri çağırmaq;

Naxçıvanı blokdaya almaq, Naxçıvana yük daşımlarnın qarşısını almaq;

Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan, gələcəkdə Zəngəzur dəhlizi və Naxçıvan üzərindən keçməklə Türkiyəyə tranzit daşımalarının qarşısnı almaq;

Azərbaycan və Türkiyəni daim İran ərazisindən keçən tranzit yollarından asılı vəziyyətdə saxlamaq;

İranın Avropaya yükdaşımalarının Türkiyə və Azərbaycan üzərindən həyata keçirilməsinə son qoymaq- yükdaşımaları Xəzər dənizi və Ermənistan üzərindən aparılmaldır;

Körfəz ölkələrindən Azərbaycana yükdaşımalarına mane olmaq. Əslində hər iki addım İranın öz nəqliyyat tarnzit imkanlarını itirməsi demək olardı;

Xəzər dənizindən qaz nəqlinə imkan verməmək. Bu halda İran yalnız Azərbaycanla yox, Türkmənistan və Qazaxıstanla da toqquşmaya getməli olardı;

Qazaxıstan limanlarına BƏƏ və Türkiyə sərmayələrinə cəlbinə mane olan addımlar atmaq( Bu, həmin limanların gələcəkdə Azərbaycanla vahid nəqliyyat şəbəkisndə birləşməsini önləmək üçündür);

Türkmən və qazax enerji ehtiyatlarının  Xəzər dənizin dibi ilə Azərbaycana nəqlinə imkan verməmək;

Zəngəzur dəhlizinin yalnız İran deyil, Ermənistan, Çin ,Rusiya və Hindistanın amraqları əleyhinə olacağı haqda inandırıcı təbliati iş qurmaq;

Addımların Qərblə, xüsusən Fransa və mümkün olsa ABŞ-la Türkiyə və Azərbaycan arasında münasibətlərin soyuqlaşması hiss olunan zaman atılması tövsiyə olunur;

Azərbaycan Prezidenti barədə Qərb ictimai rəyində mənfi rəy yaratmaq üçün  erməni lobbisi ilə bərabər davaranıb onu irredentist, qonşuların ərazi bütövlüyünə hörmət etməyən siyasətçi, yeni Səddam Hüseyn imicində təqdim etmək;

Azərbaycan hökumətini dindar şiələrin nəzərinbdə illegitimləışdirmək, iqtidarın barəsində sionistlərin oyuncağı, vəhhabilərin şiələrə zülmünü təmin edən hakimiyyət kimi təqdim etmək;

Bunlar nisbətən yumşaq təkliflərdir.Daha radikal təkliflər də var:

-Naxçıvandan yükdaşımaları həyata keçirən sürücüləri öldürmək, Tehrandakı Azərbaycan səfirliyini ələ keçirmək( Vaxtilə ABŞ diplomatlarına qarşı atılmış addımlar iftixarla xatırladılır)

-Türkiyənin İqdır vilayətinin “İrana qaytarılması” üçün beynəlxalq məhkəməyə getmək;

-Təhlükəsizlik zolağı yaratmaq üçün sərhədlərə qoşun yeritmək( Türkiyənin Suriyada etdiyi kimi);

-Vaxtilə Suriyayada uğurlu olmaq üçün Qasim Süleymani Rusiya Prezidenti Vladimir Putini İrana hərəkət azadlığı verməyə və dəstəkləməyə razı salmışdı. Yenə də Rusiyanı Qafqazlarda İrana sərbəstlik vermək, atacağı addımları dəstəkləməyə razı salmaq;

-Öz istəklərinə nail olmaq üçün radikal siyasi şiəlik tərəfdarlarını kütləvi etirazlara təhrik etmək(2016-cı il Nardaran hadisələri, 2018-ci il Gəncə hadisələri və bu il ölüm orucu aksiyalarınnda olduğu kimi);

-Hakimiyyətin müəyyən səviyyələrində təmsil olunan, Azərbaycan Respublikası ilə münasibətlərin qorunmasına tərəfdar çıxan  əsasən azəriəsilli məmurları Azərbaycan Respublikasına işləyən etnik lobbi kimi diskrediatasiya etmək (bəzən gilək, mazandarani, əhavazlı, lur, bəxtiyari və  bəluc əsillilər də bu “lütfdən” pay alırlar));

-İranın Ermənistana hər cür dəstəyinə nail olmaq;

-Mümkün olduğu qədər İran-Türkiyə və İran-Azərbaycan münasibətlərini daim gərgin vəziyyətdə saxlamaq və s.

Ən radikal təkliflər əsasən bu və ya digər erməni təşkilatlarında, layihələrində  təmsill olunan, Ermənistan və ya Hindistanla hansısa formada təmasları olan ekspertlər tərəfindən səslənir. Lakin bəzi radikal təkliflər Ali Dini rəhbərin yanında belə müzakirə olunur.

Cəmaləddin Quliyev

Xüsusi olaraq Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki