image-reklam-veteninfo
image-1backend

Kolumbiyada güclü zəlzələ: ölənlərin sayı 164-ə çatıb

image-reklam-veteninfo

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində azı 164 nəfər həyatını itirib.

“Reuters”in məlumatına görə, ölkədə son onilliklərin ən güclü zəlzələlərindən biri hesab olunan təbii fəlakətdən sonra xilasetmə işləri ikinci gündür davam edir.

Fövqəladə hallar xidmətlərinin əməkdaşları dağılan binaların və uçmuş evlərin dağıntıları altında qalan insanları axtarırlar. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Daha əvvəl yayılan məlumatlarda zəlzələ nəticəsində 132 nəfərin öldüyü, 570 nəfərin yaralandığı və 32 şəhərdə “qırmızı həyəcan” rejiminin elan edildiyi bildirilmişdi.

Zəlzələnin ən çox təsir etdiyi şəhərlərdən biri olan Kalidə azı 20 binanın dağıldığı, bəzi insanların isə dağıntılar altında qaldığı açıqlanıb. Şəhər rəhbərliyinin məlumatına görə, xilasetmə və axtarış əməliyyatları davam etdirilir.

Hazırda zəlzələnin yaratdığı dağıntıların tam miqyası və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki