Çilili hücumçu Aleksis Sançez karyerasını Şimali Amerika MLS-ində davam etdirəcək.
Vətəninfo.az xəbər verir ki, 37 yaşlı futbolçu Kanadanın “Monreal” klubuna keçib. Müqavilə iki illikdir.
Aleksis Sançez ötən mövsüm İspaniyanın “Sevilya” klubunda oynayıb.
Klub karyerası ərzində o, həmçinin Marsel, Kolo-Kolo, Kobreloa, İnter-Milan, Udineze, Mançester Yunayted, Arsenal və Barselona kimi klublarda da oynayıb.
“Transfermarkt” Aleksis Sançezin transfer dəyərini 1,2 milyon avro olaraq qiymətləndirir.


























