image-1backend

İranın raketlərinin təxminən 50%-i havaya qalxa bilməyib – Fox News telekanalı

image-reklam_sirab_01

Aprelin 14-də İsrailə hücum zamanı İranın raketlərinin təxminən 50%-i havaya qalxa bilməyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu Fox News telekanalı iddia edir.

“İranın ballistik raketlərinin təxminən 50%-i şənbə günü hücum zamanı hədəflərinə çatmadan uçmayıb və ya yerə yıxılıb”, – telekanal “Amerika rəsmisinə” istinadən bildirib.

Aprelin 14-dən 15-nə keçən gecə İran İsrailə qarşı pilotsuz təyyarələrlə intensiv hücum həyata keçirib. Tehran hücumun məqsədinə çatdığını iddia edir, İsrail və Amerika tərəfləri isə bunun əksini iddia edərək uğurlarını qeyd edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki