image-1backend

İranlı narkotacirlərə kuryerlik edən şəxslər saxlanıldı – FOTO

image-reklam_sirab_01

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib.

Vətəninfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar.

Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki