image-12backend

İraqda 400-ə yaxın insan qidadan zəhərlənib

image-reklam_sirab_01

İraqın şərqindəki Maysan əyalətində 400-ə yaxın adam falafel olduğu güman edilən qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Veteninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli səhiyyə departamentinə istinadən məlumat yayıb.

Daha əvvəl 250-yə yaxın insanın zəhərləndiyi bildirilirdi.

Hazırda zəhərlənən 396 nəfərdən 17-si reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır, bir nəfərsə dünyasını dəyişib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda “Atşan” restoranının sahibi və digər 6 şübhəli şəxs faktla bağlı saxlanılıb.

Həmçinin bildirilir ki, yerli sakinlər xarab olan yeməyin verildiyi deyilən restoranı sındırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki