image-kelbecerbackend

İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa olunaraq hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub.

Açılış mərasimində müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.

Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti çörəklə vaxtında təmin olunması məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.

Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki