image-photo_112656backend

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır

image-reklam_sirab_01

Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri və quruculuq işlərinin dövlət başçısı tərəfindən təməli qoyulması iqtisadi-siyasi cəhəhətdən mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq eedilmişdir. Sosial-iqtisadi vəziyət öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Torpaqlarımızın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunacaqdır. Qeyd etmək istərdim ki, Ölkə rəhbərinin tapşırığı ilə hazırda işğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır.
Qarabağın bərpası, dirçəldilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə atılan mühüm addımlar sırasında Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli-Şuşa yolunun çəkilməsi, Füzuli aeroportunun təməlinin qoyulması böyük önəm daşıyır.
Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Keçmiş dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı və bu region ölkənin ən abad guşələrindən birinə çevriləcəkdir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Bərpa və quruculuq islərinin görülməsinə dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Azad olunmuş torpaqlarda dovət başçımızın sərancamı ilə Fuzili, Laçin və Kəlbəcər rayonlaında hava limanı tikilməsi iqtdisadi sahədə boyük rol oyaniir. Bu əraziləri bərba etmək üçün xeyli miqdarda xərc və zaman lazimdir. Cənab Prezidtent İlham Əliyev işgaldan azad olunmuş torpaqlara diqqəti iqtisadi və siyasi addımları sayəsində ən qısa zamanda dədə-baba yurdumuza qayıdacayıq. Bərpa və quruculuq işlərində sıra dost ölkələr, başda qardaş Türkiyə, Pakistan, İsrail, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduğunu bildirmişlər Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini bildirmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir

Aliyev fariz
Nəsimi rayonu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki