image-reklam-veteninfo
image-44backend

İsrail: “ABŞ humanitar dəhliz üçün çalışır”

image-reklam-veteninfo

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qəzza zolağından fələstinlilərin və ABŞ vətəndaşlarının təxliyyəsi üçün istifadə olunacaq humanitar dəhliz yaratmaq üçün digər ölkələrlə işlədiyi bildirilib.

Vətəninfo.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, Vaşinqton administrasiyası Fələstinlilərin və ABŞ vətəndaşlarının Qəzza zolağından çıxarılması üçün son 24 saat ərzində digər ölkələrlə koordinasiyalı şəkildə Misir üzərindən humanitar dəhliz yaradılması üçün hazırlıqlara başlayıb.

Həmin hazırlıqlar İsrailin Qəzza zolağında quru əməliyyatına başlayacağı ilə bağlı proqnozların artdığı bir vaxta təsadüf edib.

Xəbərdə Qəzza zolağından təxliyəsinə icazə veriləcək fələstinlilərin kimlər olduğu və ya Misirdən sonra hara məskunlaşacaqları barədə ətraflı məlumat verilməyib.

ABŞ-ın İsraildəki səfirliyinin rəsmisi KAN-a açıqlamasında deyib: “Mən misirlilər adından danışa bilmərəm, lakin buna icazə verəcəklərinə əminəm”.

Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama verilməyib.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlərin Koordinasiya Ofisi (OCHA) İsrailin hava hücumlarından sonra bölgədəki humanitar vəziyyətlə bağlı yazılı açıqlama verib.
Açıqlamada “Qəzzada 263 934-dən çox insanın evlərini tərk etdiyi güman edilir” ifadəsi işlədililb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki