image-1backend

İsrail Qəzzada  33 min fələstini öldürüb

image-reklam_sirab_01

İsrail Birləşmiş Millətlər Təşkilatının atəşkəs qərarına baxmayaraq Qəzzaya hücum etməyə davam edir. Oktyabrın 7-dən etibarən Qəzza zolağında öldürülən fələstinlilərin sayı 33 mini keçib.

Vətəninfo.az xəbər verir ki, İsrail beynəlxalq yardım təşkilatı əməkdaşlarının öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürərək 2 yüksək rütbəli zabiti vəzifəsindən azad edib.

İsrail Qəzza zolağına hücum etməyə davam edir.

Martın 25-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ramazan ayı ərzində atəşkəs haqqında qərar qəbul edib.
Lakin İsrail qərara əməl etməyib və hücumlarını davam etdirib.
2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayı 33 mini keçib. 75 mindən çox insan yaralanıb.
Qəzzalılar səhiyyə xidmətinin məhdud olması səbəbindən əziyyət çəkməkdə davam edir.
Rəfah şəhərində fəaliyyət göstərən bir neçə xəstəxana yeni gələn xəstələri müalicə edə bilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki