image-66backend

İsveç tarixində ilk dəfə baş nazir qadın olacaq

image-reklam_sirab_01

İsveçin Baş naziri Stefan Lyoven ölkə parlamentinin sədrinə istefa vercəyi ilə bağlı ərizə təqdim edəcək.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Krallığı parlamenti məlumat yayıb.

Parlamentin sədri Andreas Norlenın Baş nazirin istefa ərizəsini qəbul edəcəyi bildirilib.

Məlumata görə, bu il avqustun 22-də Baş nazir və İsveç Sosial-Demokratik Fəhlə Partiyasının başçısı Stefan Lyoven istefa verəcəyini elan etmişdi. Noyabrın 4-də isə partiyanın qurultayında maliyyə naziri Yeva Maqdalena Andersson Stefan Lyovenin yerinə yeni sədr seçilib. A.Norlen onun baş nazir seçilməsi ilə bağlı parlament üzvləri ilə danışıq aparacaqlar. Deputatların razılıq verdikləri halda Yeva Maqdalena Andersson İsveçin tarixində ilk qadın baş nazir ola bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki