image-12backend

İsveçin baş nazirinin istefa verəcəyi tarix məlum olub

image-reklam_sirab_01

İsveçin baş naziri Stefan Löven bu həftənin əvvəlində istefa ərizəsini ölkənin parlament sədrinə təqdim edəcək.

Veteninfo.az xəbər verir ki, bu barədə “SVT” telekanalı onun mətbuat katibi Mariya Sulenqə istinadən məlumat yayıb.

Eyni zamanda, yeni hökumət başçısının nə vaxt seçilə biləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, avqustun 22-də baş nazir və İsveç Sosial Demokrat Partiyasının rəhbəri Stefan Löven istefa verdiyini açıqlayıb. Ölkənin maliyyə naziri Maqdalena Andersson Stefan Lövenin yerinə yeni partiya lideri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki