image-1backend

İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb

image-reklam_sirab_01

Bildiyiniz kimi, azad olunmuş ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlara əlaqədar Dövlət Komissiyasında təmsil olunan dövlət qurumlarının əməkdaş və mütəxəssisləri ilə birlikdə axtarış-ekshumasiya və qazıntı işləri həyata keçirilir.

Vətəninfo.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlara əlaqədar Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev deyib.

Onun sözlərinə görə, hazırkı vaxtadək azad olunmuş ərazilərdə 16 kütləvi məzarlıq aşkar edilib. “Ümumilikdə isə 500-dən artıq insan qalığı götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə laboratoriyalara təhvil verilib. Genetik molekulyar analiz Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Tibb İdarəsində həyata keçirilir. Onu da bildirim ki, 2014-cü ildən başlayaraq Dövlət Komissiyası itkin düşmüş ailələrin yaxınlarından bionümunələr götürüb və onlardan profillər çıxarılaraq bazaya əlavə edilib”.

Cəmilağa Ağayev hazırda aşkar olunmuş insan qalıqlarından götürülmüş nümunələrdən çıxarılmış analizlərlə eyniləşdirilmə aparıldığını əlavə edib: “Onların şəxsiyyətləri müəyyən olunur. Hazırkı vaxta qədər 102 şəxsin eyniləşdirilməsi həyata keçirilib, onlardan 35 şəhidin qalıqları artıq ailələrinə təhvil verilib, dəfn mərasimləri keçirilib. 73 nəfərlə bağlı məsələ isə hazırlıq mərhələsindədir, onların şəxsiyyətləri yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq. Hazırda Dövlət Komissiyası tərəfindən ərazidə axtarış-ekshumasiya prosesi davam etdirilir”.

Dövlət Komissiyasının əməkdaşı onu da bildirib ki, sözügedən proses çox vaxt aparan mürəkkəb prosesdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki