image-reklam-veteninfo
image-1backend

İTV-nin rəhbərinə yeni vəzifə verildi

image-reklam-veteninfo

Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbirdə 61 yaşında dünyasını dəyişən AQF-nin mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki