Sentyabrın 7-dən etibarən AzTV-nin efirində yeni “IV Divar” serialı tamaşaçılara təqdim olunacaq.
Serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli qətliamın illər sonra yaratdığı təsirlərdən və insanların taleyində buraxdığı izlərdən bəhs edir.
Zaman keçsə də, həmin gecənin səssizliyi dağılmır. Hadisədən 30 il sonra bir-birindən ayrı düşmüş, uşaqlıq illərində saf sevgi ilə bağlanmış iki insanın yolları yenidən kəsişir. Keçmişin sirləri, yarımçıq qalan münasibətlər və illər əvvəl baş verən hadisələrin yaratdığı izlər onların həyatında yeni mərhələnin başlanmasına səbəb olur.
“IV Divar” serialının layihə rəhbəri Həmid Əsədzadə, quruluşçu rejissoru isə Elvin Rüstəmzadədir.
Serialda İbrahim Çingiz, Firdovsi Atakişiyev, Sabirə Abdullayeva, Sənan Əlləz, Əlibəy Məmmədli, Nigar Mürsəlova, Ceyhun Məmmədov, Asiman Ağa Rövşən, Pərviz Sərxan və digər aktyorlar rol alıblar.
Qeyd edək ki, “IV Divar” serialı hər həftənin I, II və III günləri saat 23:00-da AzTV-nin efirində yayımlanacaq.
Serialın anonsunu linkə keçid edərək izləyə bilərsiniz:


























