“Qarabağ”dan ayrılan Juninyonun yeni klubu “Flamenqo”da təqdimat mərasimi keçirilib.
Vətəninfo.az xəbər verir ki, təqdimat mərasimində Rio klubunun futbol direktoru Xose Boto futbolçuya komandanın 23 nömrəli formasını hədiyyə edib. Daha sonra Juninyonun iştirakı ilə mətbuat konfransı da təşkil edilib. 28 yaşlı hücumçu deyib:
“Qarşıda məni yeni ciddi sınaq gözləyir. Mən “Flamenqo”ya kömək etmək üçün burdayam. Bunun üçün meydanda və meydandan kənarda hər şeyi etməyə hazıram. Menecerlər deyəndə ki, “Flamenqo” səninlə maraqlanır, inanmadım. Təklif gələndə iki dəfə düşünmədim. Bura təsadüfən gəlməmişəm”.
Qeyd edək ki, Juninyo dünən yeni komandasında ilk məşqə də çıxıb.
Xatırladaq ki, Juninyo bugünlərdə “Flamenqo” ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.