image-2backend

Kamerunda vəba epidemiyası yayılıb, ölənlər var

image-reklam_sirab_01

Kamerunun cənub-qərbində son iki həftə ərzində vəba xəstəliyi epidemiya halını alıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Afrika ölkəsinin tibb orqanlarına istinadən məlumat yayıb.

Məumata görə, xəstəliyin yenidən yayılması 5 nəfərin ölümünə səbəb olub.

Son iki həftə ərzində 32 nəfərdə xəstəlik aşkarlanıb.

Qeyd edək ki, Kamerun bu il vəba xəstəliyinin baş verdiyi növbəti Qərbi Afrika dövlətidir. Belə ki, qonşu Nigeriyada sentyabrın əvvəlində vəbadan 2 140 nəfər ölüb, 65 mindən çox insanda xəstəlik aşkarlanıb. Nigeriyanın 36 əyalətindən 23-də və paytaxt rayonunda vəbaya yoluxma qeydə alınıb.

Vəba əhalinin böyük bir hissəsi üçün təmiz içməli suya daimi çıxışın olmaması səbəbindən yaranan xəstəlik sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki