image-323695backend

Kamil Cəlilov vəfat edib

image-reklam_sirab_01

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.

Bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib.

 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1977-ci ildə onun balaban ilə çaldığı ilə “Muğam” (“Çahargah ahəngi”) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub. Həmin plastinka “Voyacer 1” kosmik gəmisində kosmosa göndərilib.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki