image-reklam-veteninfo
image-621883c035759621883c03575a1645773760621883c035757621883c035758backend

Kanada və Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

image-reklam-veteninfo

Kanadanın Baş naziri Castin Trüdo Rusiya Federasiyasının bir sıra iri bankına, müdafiə, maliyyə və ədliyyə nazirlərinə, eləcə də elit təbəqənin nümayəndələrinə təsir edəcək yeni, daha sərt sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb.

Sanksiyalar 58 hüquqi və fiziki şəxsə, o cümlədən Rusiya elitası və onların ailə üzvlərinə, “Vaqner” şirkəti və iri Rusiya banklarına təsir edəcək.

“Biz həm də Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının üzvlərinə, o cümlədən müdafiə, maliyyə və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edəcəyik”, – Trüdo çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, Kanada Rusiyaya bütün ixrac icazələrini geri çağırır.

Kanada hökumətinin saytında dərc olunan sənəddə Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğu bildirilir.

“Yeni düzəlişlər Prezident Putinin yaxın çevrəsinin əsas üzvləri olan 31 nəfərə, onun yaxınlarına və Kanada tərəfindən artıq sanksiyaya məruz qalmış bəzi şəxslərin ailə üzvlərinə və 27 əsas maliyyə institutuna məhdudiyyətlər qoyur”, – məlumatda bildirilir.

“Bundan başqa, düzəlişlərə “DXR” və “LXR”in müstəqilliyinin tanınması qərarının lehinə səs verən Rusiya Dövlət Dumasının 351 deputatı da daxil olacaq”, – sənəddə vurğulanır. Belə ki, dərc olunan sənədə əsasən, sanksiyalar “Sberbank”ın rəhbəri German Qref, VEB.RF-nin sədri İqor Şuvalov, biznesmen Yevgeni Priqojin və Rotenberq qardaşlarının övladlarına qarşı tətbiq edilir.

Sanksiyalar həmçinin, “Sberbank”, VTB, “Alfa-Bank”, “Sovkombank”, “Rusqidro”, “Rostex”, “Rusiya Dəmir Yolları”, “Qazprom”, “Rostelekom”, “ALROSA”, Birləşmiş Aviasiya Korporasiyası , “Taktiki Raket Silahlandırılması” korporasiyası, “Qazprom Neft”, “Transneft”, Mərkəzi Bank və Maliyyə Nazirliyinə qarşı da tətbiq edilib.

Bundan başqa, Yaponiyanın Baş naziri Fumio Kişida da Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb, xüsusən də söhbət ixrac məhdudiyyətlərindən gedir.

Kişida bildirib ki, yeni sanksiyalar paketi ixrac məhdudiyyətlərini, xüsusən də yarımkeçiriciləri nəzərdə tutur. Söhbət həmçinin, Rusiya maliyyə institutlarının aktivlərinin dondurulmasından gedir. Agentlik hansı strukturların sanksiyalara məruz qalacağını yazmayıb.

“Həmçinin, bəzi rusiyalılar üçün vizaların verilməsinin dayandırılması barədə qərar qəbul edilib”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki