image-10backend

Kanadada 18 yaşdan yuxarı vətəndaşlar 3-cü doza peyvənd olunacaq

image-reklam_sirab_01

Kanadanın Səhiyyə Nazirliyi 18 yaşdan yuxarı insanlar üçün “Pfizer/BioNTech” koronavirus peyvəndinin gücləndirici dozasının istifadəsinə icazə verib.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat yayıb.

Oktyabrın sonunda Kanada İmmunlaşdırma üzrə Milli Məsləhət Komitəsi (NACI) yalnız yüksək risk altında olanlar, xüsusən 70 yaşdan yuxarı insanlar və tibb işçiləri üçün gücləndirici doza tövsiyə edib.

Kanadada pandemiya dövründə COVID-19-a 1,74 milyondan çox yoluxma aşkar edilib, 29 minə yaxın insan ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki