Kanadanın Kvebek və Ontario əyalətlərində qasırğa dağıntı və tələfata səbəb olub.
Təbii fəlakət nəticəsində 12 nəfər həlak olub. Bir neçə adam isə xəsarət alıb. Həyatını itirənlərdən 11-nin üzərinə ağac aşıb, 1 nəfər isə qayığın çevrilməsi nəticəsində həyatını itirib.
Güclü külək evlərin dam örtüyünü aşırıb, ağacları kökündən qoparıb. Əksər ərazilərdə elektrik və kommunikasiya xətləri sıradan çıxıb. 350 min çox sakin işiqsız qalıb.