Vətəninfo.az xəbər verir ki, müxtəlif humanitar təşkilatlar hesab edirlər ki. dünyada kasetli bombaların istifadəsi ilə daha çox insanın öldüyü qeydə alır. Məlumata görə, 2022-ci ildə bu qadağan olunmuş silahdan 1172 nəfər yaralanıb və ya öldürülüb. Piyada Əleyhinə Minalar və Kassetli Sursatlarının Qadağası üzrə Beynəlxalq Kampaniya (ICBL-CMC) sentyabrın 5-də Cenevrədə elan edib ki, bu, 2010-cu ildə illik hesabat verməyə başladığından bəri ən yüksək göstəricidir.
Deutsche Welle-nin Rusiya xidmətinin verdiyi məlumata görə isə ötən il İraq, Yəmən, Laos, Livan, Myanma və Suriyada belə mərmilərdən istifadə nəticəsində yaralanma və ölm halları daha çox qeydə alınıb. Təşkilatın məlumatına görə, kasetli bombalardan istifadə zamanı 95 faizi mülki əhali həlak olub və ya yaralanıb.
Təşkilat dünya ictimaiyyətini “bu vəhşi silahlardan istifadəni sistemli şəkildə pisləməyə və onlardan istifadəyə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə” çağırıb.
Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, bu sursatlar mülki və hərbi hədəflər arasında fərq qoymur və hətta hərbi münaqişə bitdikdən sonra da insan tələfatına səbəb ola bilər.
Qeyd edək ki. 44 günlük z2-ci Qarabağ Vətən müharibəsi zamanı İşğalçı Ermənistan məhz mülkü əhalini hədəf alaraq, Gənc və Tərtərə belə qadağan olunmuş kasetli bombalardan isitafə etmişdi.
Vətəninfo.az


























