Vətəninfo.az xəbər verir ki, İranın Fransadakı keçmiş səfiri Sadeq Xərrazi deyib: “Cənab Kərzay Ağ Evə daxil olduğu günün bir ayı tamam olmamış 2002-ci il yanvarın 28-də kiçik Corc Buş ABŞ Konqresinin illik iclasında çıxış edərək İrana qarşı pis sözlər deməyə başladı.
Dedi ki, ‘İran şər oxunun bir hissəsidir’, İran haqqında filan-filan deyib pisləməyə başladı.
Halbuki, elə həmin vaxt biz aeroportlarımızı amerikalıların ixtiyarına vermişdik ki, təyyarələri məcburi eniş etməli olarsa, Sistan bölgəsində müəyyən edilmiş yerə ensinlər.
Biz ən çox xidmət göstərmişdik, hətta ən çox qan vermişdik. Bu da göstərir ki, iki ölkə arasındakı pərdəarxası münasibətlərdə elə bir yer var ki, İranla Amerikanın bir yerə gəlməsini istəmir. Bu da 🇮🇱 İsraildir, yəhudilərdir.
Halbuki, amerikalılar 11 Sentyabr hadisəsindən sonra Əfqanıstanda onlara etdiyimiz köməklə münasibətlərin normallaşması üçün ən böyük körpünü qura bilərdilər”.


























